"İsrail Fələstin məsələsində cığallıq edir"- İZAH
15:25 26.12.2016
Arxiv
743
Tofiq Abbasov:"Bu ölkə fələstinlilərin hüquqlarını kobud şəkildə pozur,bununla belə dünyanı inandırmağa çalışır ki, haqq onun tərəfindədir"
İsrail Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə əməl etməlidir.
BunuSherg.az-a İsrailin baş naziri Binyamin Netanyahunun ölkəsinin BMT ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyi haqqında açıqlamasını şərh edərkən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, yarandıqdan bu günə kimi BMT-nin İsrail-Fələstin münaqişəsində qəbul etdiyi qətnamələrin heç biri həyata keçirilməyib:
"Buna görə, problem yarım əsrdən çoxdur ki, həll edilməmiş qalıb. İsrail bu prosesdə sözün əsl mənasında cığallıq edir. 1947-ci ilin noyabrında BMT hər iki dövlətin yaradılmasına qərar verdi. Bu ərəblər üçün gözlənilməz sürprizə çevrildi, çünki əvvəlcədən ərəblərə yəhudi dövlətinin yaradılmayacağı söz verilmişdi. Bu səbəbdən ərəblər İsrailə müharibə elan etdilər və uduzdular. Ərəblərdə birləşmə, sistemlilik zəif olduğundan onlar sonrakı müharibələrdə uğur əldə etmədilər. İsrail bütün məsələlərdə onları hər zaman qabaqladı. Son dövrlərdə isə həmin vəziyyət bir qədər dəyişib və artıq İsrail xoşagəlməz mövqe sərgiləyir. Beynəlxalq aktları və qanunları pozaraq, öz bildiyini edir, işğalçı siyasətə şərait yaradır. Qüdsün Şərq hissəsində Fələstin dövlətinin paytaxtı elan edilməli idi. İndi isə İsrail həmin bölgələrdə öz əhalisini yerləşdirməyə çalışır ki, orada etnik balansı öz xeyrinə dəyişsin. Artıq digər ölkələrdə yaşayan yəhudilər də İsrailin düzgün hərəkət etmədiyini anlayırlar”.
T. Abbasov əlavə edib ki, İsrail əksinə olduğu halda bütün dünyanı haqlı olduğuna inandırmağa çalışır:
"İsrail fələstinlilərin hüquqlarını kobud şəkildə pozur, eyni zamanda, beynəlxalq hüquq normalarına riayət etmir. Buna rəğmən dünyanı inandırmağa çalışır ki, haqq onun tərəfindədir. Lakin İsrail Fələstinə iddiasından əl çəkməlidir. Onun bu mövqeyi göstərir ki, o sülh prosesinə tam hazır deyil. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də özünü göstərən hadisələr də bir qədər buna bənzəyir. Ermənistanın danışıqlara getməməyi, atəşkəsi pozma cəhdləri, qeyri-konstruktiv mövqeyi İsraillə eyni siyasəti yürütməsindən irəli gəlir. Avropa ölkələri də müasir dövrdə bunun yolverilməz olduğunu anlayır, əksərən bu hadisələrdə İsraili qınayır. Bu səbəbdən, İsrail mövqeyindən əl çəkməsə Yaxın Şərq problemi əvvəlki kimi qalacaq”.
Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin BMT ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyini bildirib. Buna səbəb BMT Təhlükəsizlik Şurasının İsrailin məskunlaşma fəaliyyətinə son qoyulmasını tələb edən qətnamənin qəbul etməsi olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial