İtaliya-Azərbaycan Universiteti yaradılacaq
12:09 07.12.2020
Arxiv
852
“Bizim humanitar sahə ilə bağlı da böyük planlarımız var və artıq bir çox reallaşan layihələrimiz var. İtaliyaya dövlət səfərim çərçivəsində, eyni zamanda, təhsil sahəsində əməkdaşlıq müzakirə olundu. İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik”.
Bu sözləri Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
“Bakıya qayıdandan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram və mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti sektorunun əlbəttə ki, müasir görkəmi olmalıdır. Əlbəttə, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər”, - deyə o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region
“Paşa”nı həyatları bahasına xilas etdilər
15:22 18.02.2026
Hadisə
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq
15:02 18.02.2026
Sosial
Umerov: Cenevrədə üçtərəfli danışıqlarda irəliləyiş əldə olunub
15:00 18.02.2026
Dünya
Əbdül Mahmudov: Yenidən xəstəxanaya yerləşdirilə bilrəm
14:46 18.02.2026
Cəmiyyət
Nəriman Əliyev bacısı oğlunun həbsini istəyir
14:36 18.02.2026
Hadisə
İran və Rusiya hərbi dəniz təlimlərinə başlayır
14:19 18.02.2026
Dünya
Mətanət Əsədova özünü əsl “qədeş” kimi aparırdı - FOTO
14:09 18.02.2026
Cəmiyyət
Zelenski: Rusiya danışıqlar prosesini uzatmağa çalışır
13:53 18.02.2026
Dünya
Dahi Qara Qarayevin tələbəsinin 80 yaşı tamam olur
13:33 18.02.2026
Mədəniyyət
Yaponiyanın “Dəmir ledisi” yenidən baş nazir seçildi
13:26 18.02.2026
Dünya