İYİ olacaqmı?

“Dostları, onunla bir yola çıxanlar hər zaman Meral xanımın arxasında durmalıdır”



Türkiyədə İYİ Partiya sədri Meral Akşener istefa verib və yeni təsis edilmiş partiya növbədənkənar qurultaya gedib. Məlumata görə, Meral Akşener partiyadaxili mübahisələr ardından növbədənkənar qurultay qərarı alıb. Lakin maraqlısı odur ki, Akşener yenidən namizəd olmayacağını açıqlayıb.

Xanım sədrin istefası təşkilatda zəlzələ effekti yaradıb. Məlumdur ki, 24 iyun seçkisindəki məğlubiyyətdən sonra Akşener ciddi tənqidlərə məruz qalırdı. Əleyhində yazılmış yazılara və millət vəkillərinin hərəkətlərinə qəzəblənən Meral Akşener kürsüyə çıxaraq qəzəbli şəkildə ülküçülərlə haqq-hesabı kəsəcəyini bəyan edib. 

Onunla birlikdə yol gedən insanlara hesab verməkdən bezdiyini və borcunun bitmədiyini deyən Akşener, seçkilərdəki uğursuzluğu, millət vəkili siyahılarındakı düzgün olmayan sıralamaya görə məsuliyyəti üzərinə götürdüyünü bildirib. Bütün bunların nəticəsi olaraq Akşener bir daha dönməmək üzrə sədrliyi tərk etdiyini açıqlayıb.

 Bundan sonra Akşener toplantı salonunu tərk edib. Onun ardınca Musavat Dərvişoğlu da zaldan çıxıb. Dərvişoğlunun hərəkətindən sonra partiya sədrinin müavini Türkkan təhqiramiz ifadə işlədib. Bundan sonra toplantı zalında ara qarışıb və dava düşüb. Dava zamanı partiyanın gənclik təşkilatının rəhbəri olmuş Osman Ertürkün burnu qırılıb. Baş verən hadisələr fonunda Meral Akşenerin halı pisləşib və ona həkimlər yardım etməli olub. 

Hadisələrdən sonra İYİ Partiyanın Sədrlər Şurası bir araya gələrək təşkilatın gələcək yol xəritəsini müzakirə edəcəklərini deyiblər. Partiya rəsmiləri avqust ayında keçiriləcək qurultayda Akşeneri sədrliyə namizəd göstərəcəklərini bildiriblər. Akşenerden başqa namizəd olmayacağı bildirilib. MHP başqanı Dövlət Baxçalı İYİ Partiyada yaşananlara münasibət bildirib.

 Baxçalının sözlərinə görə, qurultay qərarından sonra Koray Aydın və dostlarının üzərinə böyük məsuliyyət düşür. Onlar Meral xanımı razı salmağa çalışmalıdırlar: "İYİ partiyanın daxili işləri ilə bağlı şərh və dəyərləndirməni etik görmürəm. Xanım əfəndi tvitter üzərindən açıqlama verərək namizəd olmayacağını açıqlayıb. Dostları, onunla bir yola çıxanlar hər zaman Meral xanımın arxasında durmalıdır. Bu, demokratiya və İYİ partiya üçün son dərəcə faydalı olacaq”.

Türkiyədə baş verənləri dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, "Akşener və İYİ” layihəsi artıq iflasa uğramaqdadır: 

"Məhərrəm İncə və Meral Akşener prezident seçkilərindən sonra müəyyən dairələr tərəfindən istifadə edildiklərini anladılar. 

Ələlxüsus, parlament seçkilərinin nəticələri İYİ partiyanın sonunu gətirdi. Məlum oldu ki, millətçilərin böyük əksəriyyəti MHP-nin və Dövlət Baxçalının yanındadır. Uğursuzluqdan dolayı ciddi tənqidlərə məruz qalan Akşenerin istefadan başqa yolu qalmamışdı”.

İsmayıl