Kadırovun oğlu “Diriliş Ərtoğrul” serialına çəkilib - Video




Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Türkiyənin məşhur "Diriliş Ərtoğrul” serialına çəkilib.

Teleqraf.com xəbər verir ki, bu haqda 11 yaşlı oğlanın dayısı Turpal Əli İbrahimov İnstaqram hesabında yazıb.

O bildirib ki, Adam serailda bacarığını yaxşı şəkildə göstərib.

Qeyd edək ki, Ramzan Kadırov bir müddət əvvəl serialın aktyorları ilə görüşüb.