Kamran Əsədov DANIŞDI: "... Mən də DİM-i məhkəməyə verə bilərəm !"




Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması, lakin bu nəticə ilə ali məktəbə qəbul oluna bilməməsi barədəki iddialara münasibət bildirib. O qeyd edib ki, abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması haqqındakı iddiası qəbul olunmur. Çünki mərkəzə nəticələrin saxtalaşdırılması ilə əlaqədar heç bir müraciət daxil olmayıb:

"Həm valideyn, həm də abituriyentin kifayət qədər vaxtı olub ki, balların saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məlumatları ictimaiyyətləşdirsin. Mərkəzin nüfuzuna zərbə vurduğu və yalan məlumat yaydığı üçün bu məlumatı sosial şəbəkələrdə paylaşan ekspert Kamran Əsədov da məhkəməyə veriləcək".

Məsələyə münasibət bildirən təhsil ekspeti Kamran Əsədov "Sherg.az”a DİM-in iddiasının əsassız olduğunu söyləyib. Bununla yanaşı o qeyd edib ki, DİM-in onu məhkəməyə verməsi, həmin qurumun hüququdur:

"Amma deyim ki, iddiaları təmamilə əsassızdır. Çünki bu məlumatın verilməsi uşağın valideynlərinin, qohumlarının razılığ ilə olub. DİM-dən mənə fikirlərimin həqiqəti əks etdimədiyinə dair mesaj gəldi. Və təkzib verməyimi tələb etdilər, razılaşmadım. Məhkəməyə ilə hədələdilər. Mən də onlara "istədiyinizi edə bilərsiniz" cavabını verdim. Çünki mənə həmin məsələ ilə bağlı abituriyentin valideyni müraciət edib. Bütün proseslərin hamısı yazılı və elektron daşıyıcılarda öz təsdiqini tapır. Onların hansı əsasla məni məhkəməyə verəcəklərini bilmirəm. Sosial şəbəkədə yayılan hər hansısa bir məlumat dövlətçiliyin əleyhinə deyilsə, bu, qanunvericilikdə qadağan olunmur.

 DİM mənim haqsız olduğumu, sözügedən məlumatların həqiqəti əks etdirmədiyini düşünürsə, buyursun məhkəməyə müraciət etsin. Nüfuzuma xələl gətirdiyinə görə, mən də DİM-i istənilən vaxt məhkəməyə verə bilərəm. Çünki onlar məsələni araşdırmadan bu informasiyanı verir. DİM haqsızdır. Mənimlə bağlı məhkəməyə müraciət etmələri üçün bir əsasları yoxdur”.

Kənan Eynuroğlu