Kəlbəcər, Zəngilan və Laçındakı filiz yataqlarına geoloji ekspedisiya təşkil olunacaq
13:43 22.09.2021
Arxiv
512
“İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq Qarabağı işğaldan azad etməsi ilə bu ərazilərdə olan zəngin faydalı qazıntı yataqları yenidən öz sahiblərinə geri qaytarıldı. Yaxın zamanda AMEA-nın Təbiət Tarixi Muzeyi əməkdaşlarının Kəlbəcər və Zəngilanda olan qızıl yataqlarına, eləcə də Laçın rayonu ərazisində yerləşən yataqlara geoloji ekspedisiyalarının təşkil olunması planlaşdırılır”.
"Report" xəbər verir ki, bu fikirləri Muzeyin baş elmi işçisi, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Nağı Nağıyev bildirib.
Onun sözlərinə görə, hazırda Muzeydə nümayiş olunan Qarabağda yerləşən yataqlardan çıxarılmış nümunələr Sovet dövründə əldə edilmiş materiallardır: "Təbiət Tarixi Muzeyində yer alan geoloji nümunələrin böyük əksəriyyəti Azərbaycanın faydalı qazıntı yataqlarından toplanılır. Ölkəmizdə hazırda 300-dən çox filiz yatağı mövcuddur. Azərbaycanda mövcud olan faydalı qazıntı yataqlarının böyük bir qismi Yura dövründə əmələ gəlmiş yataqlardır. Onlar arasında ölçüsünə görə ən böyük yataq Balakən rayonunda yerləşən Filizçay polimetal yatağı hesab olunur. Filizçay yatağı kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır”.
N.Nağıyev deyib ki, hazırda bu yataqdan əldə olunan nadir nümunələr muzeydə eksponat kimi nümayiş olunur. Bununla yanaşı, Gədəbəy və Daşkəsən qızıl yatağından əldə olunan materiallar muzeyi ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region