Kəmaləddin Heydərov: “Azərenerji” iradlarımızın heç birini düzəltməyib”
21:21 04.07.2018
Arxiv
429
"Mən srağagün qəzanın baş verdiyi yerə getdim. Müşahidə etdim ki, cərəyan açarı olan hissənin içərisindəki yağ dağılıb və qabağında olan kanallarda kabelləri yandırıb”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar bu gün keçirilən müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Kəmaləddin Heydərov bildirib ki, "Azərenerji” ASC təhlükəsizliyin təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin tövsiyələrinə riayət etməyib.
"Biz əvvəllər də "Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı, açıq olmamalıdır, hər hansı qəza baş verəcəyi təqdirdə yağlar oraya tökülməsin. Təəssüf ki, təxminən 63 açarın hamısının qabağındakı kanalların üstü möhkəmləndirilməyib. Komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığım müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç bir düzəldilməyib. Ərazi quru otlardan təmizlənməyib. Soyutma qurğularının heç biri işləmir. Orada soyutma kanalı ilə gölün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalıdır. Amma qəza baş verən gün suyun temperaturu 28 dərəcə, dünən isə 26 dərəcə olub. Bu isə soyutma işlərinə maneçilik törədir. Cənab Prezident, Siz çox düzgün qeyd etdiniz ki, oradakı hər hansı yarımstansiyada qəza olduğu halda, nəinki sistem çökməməlidir, heç o stansiyanın digər bloklarında da başqa bir şey olmamalıdır”, - deyə K.Heydərov vurğulayıb.
Nazir qeyd edib ki, elektrik xətlərində, digər yerlərdə hər hansı qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir: "Biz orada energetiklərlə söhbət etdik və ikinci dəfə blokun çökməsinin səbəbini soruşdüq. Orada müşavirə keçirirdik, birdən-birə enerji kəsildi. Heç kim bizə işləyən qurğunun hansı səbəbdən dayanması barədə məlumat verə bilmədi. Biz digər qurumlarla birgə hərəmiz öz kanalımızdan istifadə etməklə qəzanın hansı tərəfdən olduğunu müəyyənləşdirməyə çalışdıq. Biri dedi ki, Şirvan stansiyasında yükləmə çox olub, ona görə də burada açılma baş verib. O biri dedi ki, Bakı-Abşeron xəttində gərginlik çoxaldığına görə çökmə olub. Biz illər boyu yazdığımız məsələlərlə bağlı sənədləri dünən Baş Prokurorluğa, eyni zamanda, Daxil İşlər Nazirliyinə təqdim etdik”.
Kəmaləddin Heydərov bildirib ki, qəza baş verən stansiya fiziki və texniki cəhətdən köhnədir.
"Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən, bu sahədə beynəlxalq təcrübəsi olan qurum əvvəlcə audit edib vəziyyəti öyrənsin. Ondan sonra digər şirkətlər bu stansiyanın necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birini dəstəkləməklə işləmə mexanizmini müəyyənləşdirməlidir. Belə olan halda nəinki hər hansı yarımstansiyada, hətta hər hansı istilik və ya digər elektrik stansiyalarında qəza baş verməsi ölkədə böyük problem yaratmayacaq”, - deyə nazir vurğulayıb.
Prezident İlham Əliyev Kəmaləddin Heydərova bu təklifləri komissiyaya təqdim etməyi tapşırıb və əlavə edib ki, təkliflər komissiyanın yekun rəyində mütləq öz əksini tapmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat