"Kənd təsərrüfatına aqro-sığorta tətbiq edilməlidir" - TƏKLİF





"Azərbaycanın iqtisadiyyatını daha yaxşı inkişf etdirmək üçün qeyri-neft sektorunun inkişafı mütləqdir”

Bunu "Sherg.az”a qeyri-neft sektorunda istrehsal olunan məhsullarının 8,8 faiz artmasına münasibət bildirərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı bildirib.

Onun sözlərinə görə, bu sahəni inkişafı etdirəcək lazımi addımlar nisbətən gec atıldı:

"Ona görə də, qeyri-neft sektorunun inkişafı bir az ləngidi. Son dövrlərdə bu sahədə tərtib edilən strateji yol xəritələri öz nəticəsini verməyə başlayıb. Amma bu nəticə kifayət qədər deyil. Ölkə başçısının verildiyi tapşırıqlar düzgün formada yerinə yetirilsə və ya tapşırıqları planlı, sistemli şəkildə həyata keçirilsə, bu sahədə dinamik artım müşahidə edərik. Bu sektorda çalışan iş adamlarına təsərrüfat sahələrini irəlilətmək üçün az faizli və uzun müddətli kreditlər verilməlidir. Qeyri-neft sektoru içərisində fərqlənən əsas sahələr kənd təsərrüfatı və turizmdir. Həmçinin bura metallurgiya və kimya sənayesini də daxil etmək olar.

Qeyri-neft sektorunun ən əsas sahəsi olan kənd təsərrüfatında bəzi işlər aparmaq lazımdır. Bu sahədə atılan ilk addım ekstensiv təsərrüfat sahəsindən intensiv təsərrüfat sahəsinə keçirməkdir. Məhsulldarlığı maksimum səviyyəyə çatdırmaq üçün bir sıra tədbirlər görmək mütləqdir. Ölkəmizdə bu sahə ilə bağlı potensialımızın yüksək olmasına baxmayaraq, biz bundan maksimum səviyyədə istifadə etmirik. Fermerlərə bu sahədə azadlıq versək, onlardan yaxşı nəticələr alarıq. Həmçinin kənd təsərrüfatına aqro-sığorta tətbiq edilməlidir.

Bunlar edilsə, gözlənilən nəticəni də almaq mümükün olar. Qeyri-neft sektorunun inkişafına yardımçı olacaq ikinci sahə turizm sektorudur. Azərbaycanın iqlimi və relyefindən dolayı ayrı-ayrı ərazilərimizdə turizim ehtiyatları üstün səviyyədədir. Turizm sektorunu Abşeron yarımadasından kənara çıxartmaq lazımdır. Buna görə də rayonlarımızda olan rekresiya ehtiyatlarından yaralanmırıq. Həmin ehtiyatları maksimum səviyyədə istifadə etsək, ortaya çox yaxşı nəticə çıxarmış olarıq.

Bunun üçün həmin ərazilərə turist cəlb edib, rayonlarımızda da bu sahəni inkişaf erdirməliyik. Bundan əlavə ölkə ərazisinin qərb bölgəsində prespektiv metallurgiya məhsulları var. Həmin məhsulları sənayeyə cəlb etmək lazımdır. Əgər həmin metallar istehsal olunsa, həm Azərbaycanın digər ölkələrdən idxal etdiyi metal məhsulları azalar, həm də yeni iş yerləri açılmış olar. Azərbaycanda qeyri-neft sektorunun gələcəyi var. Zənn edirəm ki, yaxın gələcəkdə biz bu sahədə dinamik inkişafı müşahidə edəcəyik”.

Kənan Eynuroğlu