Kərəm Mustafayev: "Naxçıvan güclü müdafiə qüdrətinə malikdir"
15:05 29.05.2021
Arxiv
617
Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən "Report"a bildirilib ki, mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib. Dövlət himnimiz səsləndirildikdən sonra polkovnik Mübariz Rzayev kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.
Məzunlar adından çıxış edən Vətən müharibəsi iştirakçısı Siruz Musayev keçirilən kursların əhəmiyyətindən danışıb, xidmət müddətində və kurslarda qazandıqları yeni taktiki bilikləri hər bir döyüş tapşırığının icrası zamanı uğurla tətbiq edəcəklərinə söz verib.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirilib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 18 illik siyasi rəhbərliyi dövründə daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayıb. Göstərilən diqqət və qayğı nəticəsində doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə və müzəffər Əlahiddə Ümumqoşun Orduya malikdir. Muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları 44 günlük Vətən müharibəsində də qəhrəmancasına və şücaətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr endirib, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak ediblər. İnanırıq ki, kursları uğurla başa vuran hərbi qulluqçular da döyüşlərdə iştirak etmiş yoldaşlarının təcrübəsindən yararlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçid olub.
Sonda xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat