Kılıçdaroğluna hücum Türkiyə üçün utancdır - Qardaş ölkədə xaos yarana bilər




"CHP sədri Kamal Kılıçdaroğluna qarşı hücum Türkiyə üçün bir utancdır”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.

Siyasi şərhçinin sözlərinə görə, hakim AKP İstanbul məğlubiyyətini həzm edə bilmir: 

"Türkiyədə daima seçkidə məğlub olan qalib gələni təbrik edib. Bu dəfə bunlar baş vermədi. Görünən odur ki, kimlərsə Türkiyəni xaosa sürükləyir. İdarəolunan xaos nəzəriyyəsinin yaxın hədəfində Türkiyə və İrandır. Bu baxımdan, qardaş ölkə olan Türkiyəni də xoşagəlməz proseslər gözləyə bilər. 

CHP liderinə hücum edən şəxslər cəzalandırılmasa, proseslər küçəyə transfer edə bilər. Türkiyədə kommunist və ülküçülərin qanlı toqquşmaları dəfələrlə olub və bunun sonu yaxşı qurtarmayıb. Bu hadisə eyni proseslərə səbəb ola bilər. Ümid edirəm ki, Türkiyə cəmiyyəti qanlı qarşıdurmalardan qaçmaq üçün özündə güc tapacaq”.

Qeyd edək ki, ötən gün CHP sədri Kamal Kılıçdaroğlu şəhid cənazəsində bir qrup şəxsin hücumuna məruz qalıb. Təxribatı törədənlərin artıq həbs edildiyi bildirilir.

İsmayıl