Kimlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq? - RƏSMİ


“Aprel ayında buraxılış imtahanlarında təxminən 200-250 adam üzrlü səbəblə iştirak etməyib”.

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, həmin şagirdlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq: 

“Bunun üçün qeydiyyata ehtiyac olmayacaq. Təhsil aldıqları məktəblərdən onlara bu barədə məlumat veriləcək”.