Klublararası dünya çempionatının püşkü atıldı




Klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, BƏƏ-də təşkil olunacaq yarışda son ölkə çempionu və 6 konfederasiyanın ən güclüsü mübarizə aparacaq.

1/8 finalda baş tutacaq "Əl-Cəzirə” (BƏƏ) – "Oklend Siti” (Yeni Zelandiya) cütünün qalibi Asiya Çempionlar Liqasının qalibi ilə qarşılaşacaq. Yarışa yarımfinaldan başlayan İspaniya "Real”ı da bu üç komandadan biri ilə görüşəcək.

Digər 1/4 finalda "Paçuka” (Meksika) və A frika Çempionlar Liqasının qalibi qarşılaşmalıdı. U cütün qalibini Libertadores kubokunu qazanan komanda gözləyəcək.

Çempionatını finalı və 3-cü yer uğrunda matç dekabrın 16-da keçiriləcək.