Koladan ölü siçan çıxdı - FOTO
08:54 23.03.2019
Arxiv
745
Türkiyə də daxil olmaqla, bir çox ölkədə satılan və dünyanın ən böyük qurumlarından biri olan ABŞ mərkəzli spirtsiz içki şirkəti ölü siçan şokunu yaşayır.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fransada yaşayan bir adam nahar zamanı içdiyi koladan son qurtum aldıqdan sonra qabın içində ölü siçan olduğunu fərq edib.
1800-cü illərdə istehsala başlayan spirtsiz içki markasında ölü siçan şoku yaşanır. Hadisə 7 martda Fransanın cənubundakı Varenne-sur-Seine bölgəsində yaşanıb.
Adının Damien olduğunu deyən 34 yaşındakı adam işdən çıxıb evə getdiyi zaman pizzanın yanında kola tərkibli içki də sifariş edib. Yeməyini bitirdikdən sonra kolasından son bir qurtum alan və qabı atmağa hazırlaşan adam onun içindəkini görüncə qorxub.
Şəkil xüsusən də sosial mediada böyük bir mübahisəyə səbəb olub. Qabın içinə diqqətlə baxan adam orada kiçik bir pəncə görüb və daha da yaxından baxıb, bir siçan ölüsünün qabın içində olduğuna əmin olub.
Fransanın çox oxunan qəzetlərindən Le Parisien’ə açıqlama verən kişi aşağıdakıları bildirib: "Dərhal şirkətə zəng etdim və mənim dərdimi dinlədilər. Bir saat boyunca danışandan sonra mənə 6 qab kola göndərmək istədilər. Daha sonra da bildirdilər ki, siçan qabın içinə istehsal zamanı girə bilməzdi”.
Şirkətdən içki qabını araşdırmaq istədiklərini də deyiblər. Amma Damien buna etiraz edib: "Bu qabı vermək istəmirəm. Çünki bu, yaşadıqlarımın tək sübutudur. Kola qabını soyuducuda saxlayıram”.
Yaşadıqlarından sonra sağlamlıq vəziyyətindən narahatlıq keçirdiyini deyən adam xəstəxanada 21 gün boyunca nəzarət altında qalacaq. Həkimlər siçanın ağız suyundan yaranan narahatlıqların və infeksiyaların qarşısını almaq üçün müəyyən müdaxilələrə başladıqlarını açıqlayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm