Kolumbiyada körpü uçub, ölən və yaralananlar var





Kolumbiyanın Vilyavisensio şəhərində asma körpü uçub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Məlumata görə, qəza baş verdiyi an körpüdə 30-a yaxın insan olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Körpünün uçmasının səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.