Krımda texnikum binasında partlayış olub, ölənlər var - YENİLƏNİB




 Krımın Kerç şəhərində texnikum binasındakı hadisə partladıcı qurğunun işə salınmasının nəticəsidir.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Milli Terrorçuluqla Mübarizə Komitəsindən bildiriblər.

***14:09


Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb.

"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar.