Lavrov: “Fikir ayrılıqları Türkiyə ilə əməkdaşlığımızın inkişafına maneə olmur”
11:36 24.05.2021
Arxiv
672
“Bir sıra beynəlxalq mövzularda Ankara ilə bizim aramızda ciddi fikir ayrılıqları var. Lakin bu, türk tərəfdaşlarımızla intensiv siyasi dialoq aparmağımıza və energetikadan tutmuş turizmə qədər müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyimizə maneə olmur”.
Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Arqumenti i faktı” nəşrinə müsahibəsində bildirib.
“Unutmayaq ki, NATO ölkəsi olan Türkiyə Vaşinqtonun ciddi təzyiqlərinə baxmayaraq, sadəcə Rusiyadan qabaqcıl hərbi texnikanın əldə edilməsi ilə maraqlanmadı, hətta müasir S-400 “Triumf” zenit raket komplekslərinin alınması üçün müqaviləni reallaşdırdı”, - deyə S.Lavrov bildirib.
Sergey Lavrov həmçinin bildirib ki, Qarabağda yanvarın 30-dan etibarən Türkiyə ilə birgə atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə mərkəz fəaliyyət göstərir.
Rusiya XİN başçısı qeyd edib ki, Türkiyə ilə həm ikitərəfli, həm də İranın iştirakı ilə üçtərəfli formatda keçirilən görüşlərdə Suriya probleminin həlli üçün daha əlverişli mexanizmlər hazırlanıb.
“Beləliklə, mövcud fikir ayrılıqlarını gözardı etmədən, Türkiyə ilə qarşılıqlı əməkdaşlığın inkişafında ortaq maraqlarımıza dair strateji baxışı rəhbər tutmağa davam edəcəyik. Əminəm ki, bu həm rus, həm də türk xalqlarının istəklərinə cavab verir”, - deyə XİN başçısı bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat