Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ probleminin həllinə nail olmaq üçün dizlərini yerə qoyub, şərt müəyyənləşdirməyib
"Beynəlxalq Avrasiya Hərəkatı”nın rəhbəri Aleksandr Duqinin iddiasına görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Rusiyanın "Lavrov planı” adlandırılan təklifi əsasında həll oluna bilər. Kremlin strateqlərindən biri hesab olunan Duqin erməni mətbuatına verdiyi müsahibədə deyib ki, prezidentlərin görüşü çox vacibdir, çünki Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət o həddə çatıb ki, artıq problemin həlli mümkünsüz hala gəlir. O hesab edir ki, prezidentlərin görüşündə Qarabağın 5 rayonun azad edilməsi məsələsi qaldırılacaq.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Duqinin "Lavrov planı” kimi təqdim etdiyi şərtlər prezidentlərin Kazan görüşündən əvvəl ekspertlər tərəfindən işlənib hazırlanıb, daha sonra isə xarici işlər naziri həmin planı təsdiqləyib:
"Prezidentlərin görüşündə isə planın icrası mümkün hesab edilib. Aprel döyüşlərinə qədər də bu razılaşma dövri mətbuatda "Kazan planı” kimi təqdim olunurdu. 4 günlük müharibədən sonra isə Lavrov bir neçə dəfə Bakıya və İrəvana gəldi. Danışıqlar zamanı da əsas müzakirə predmeti "Kazan planı” idi. Elə həmin vaxtdan da "Kazan planı” ifadəsi "Lavrov planı” kimi təqdim olunmağa başladı. Yəni deməyim odur ki, Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ probleminin həllinə nail olmaq üçün dizlərini yerə qoyub, şərt müəyyənləşdirməyib. Hər şey ekspertlərin və münaqişə tərəfi olan dövlətlərin XİN əməkdaşlarıdır.
Məsələyə prinsipial yanaşmanı isə prezidentlər irəli sürüblər”.
Q.Hüseynlinin sözlərinə görə, Qarabağın 5 rayonun azad edilməsinin Ermənistanın milli maraqlarına xəyanət kimi dəyərləndirilməsi yanlışdır. İki rayonumuzun, üstəlik də "Laçın dəhlizi”nin onlarda qalması fonunda 5 rayonu məmnuniyyətlə geri qaytarmalıdırlar. Çünki Amerika tərəfi 7 rayonun da qeyd-şərtsiz Azərbaycana qaytarılmasını tələb edib. Avropa Birliyi də eyni mövqedən çıxış edib. Ancaq çox təəssüflər ki, heç biri həmin qərarın icrası üçün Ermənistana təzyiq göstərmir.
İki ildir dalana dirənən danışıqlar prosesində müəyyən canlanmanın müşahidə olunduğunu qeyd edən
Q.Hüseynlinin sözlərinə görə, prezidentlərin nəzərdə tutulan görüşündə 5 rayonun və Dağlıq Qarabağın keçici status məsələsi gündəmə gələ bilər.
Hansı ki, Qarabağın keçici status məsələsi bizim üçün arzuolunan deyil.
Şəymən