“...Levon Ter-Petrosyanı devirən kimi Paşinyanı da devirəcəklər” - Politoloq





"Bu hadisə bir daha sübut etdi ki, erməni cəmiyyətində yekdil fikir yoxdur”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Zeynal Əmralıyev deyib.

Analitik bildirib ki, İrəvandakılar başqa, Xankəndidəki separatçılara tamam ayrı cür düşünürlər:

"Xankəndi-İrəvan qarşudurması təxribatların ortaya çıxmasına səbəb olur. "Qarabağ klanı” bütün imkanlarını səfərbər edərək Nikol Paşinyanı hakimiyyətdən devirməyə çalışır. Klan üzvləri yaxşı bilirlər ki, növbəti Azərbaycan-Ermənistan savaşında erməni ordusu darmadağın ediləcək. Bunun günahı isə İrəvandakı hökumətin üzərinə atacaqlar. 

Nəticədə Levon Ter-Petrosyanı devirən kimi Paşinyanı da devirəcəklər. Cəbhədə erməni təxribatları çoxala bilər. 

Əlbəttə, bu məsələdə Paşinyanın günahı kifayət qədər çoxdur. Çünki baş nazir bir tərəfdən müxalifəti "məmnun” etməklə məşğuldur, digər tərəfdən isə Azərbaycanla sülh danışıqlarına hazır olduğunu iddia edərək dünyanın gözünə kül üfürür”.

Ekspertin firkincə, Paşinyana hazırki vəziyyətin qalması daha çox sərf edir:

"Azərbaycanla hərbi toqquşma ona sərf etmir. Müxalifət isə güclüdür. Hətta o dərəcədə güclüdür ki, Robert Koçaryanı həbsdən çıxara bilir. Ona görə də Paşinyan "Qarabağ klanı”ndan ehtiyatlanır. ATƏT-in Minsk Qrupunun fəaliyyəti barədə isə danışmağa dəyməz. Tamamilə fəaliyyətsiz qurumdur. Məqsədi mövcud status-kvonu saxlamaqdır, lakin onu belə bacarmır”.

İsmayıl