Leysan, sulu qar, qar - Sabahın HAVA PROQNOZU




Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 12-14 isti, gündüz 14-16 isti, Bakıda gecə 12-14, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 13-16 isti, dağlarda gecə 2-5, gündüz 5-9 isti, yüksək dağlıq ərazilərdə gecə 0-5 şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.