“Lido” restoranında qanun pozuntuları aşkar edilib
18:44 25.06.2021
Arxiv
340
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Xidmət) vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ötən gün Binəqədi qəsəbəsi, Atatürk prospekti, 69 ünvanındakı Qarayev Amal Veyis oğluna məxsus “Lido” restoranında operativ vergi nəzarəti tədbiri keçirib. Nəzarət tədbiri zamanı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, nağd ödəmələr zamanı nəzarət kassa aparatına çek vurulmadığı kimi hallar müəyyən edilib.
Aparılan araşdırmalar zamanı 35 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilib. Fiziki şəxs aşkar edilmiş faktlarla bağlı izahat verməkdən imtina edib və əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçilərin izahat verməsinə mane olub. Sahibkar barədə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyati üzrə Binəqədi rayon məhkəməsinə göndərilib.
Eyni zamanda, “Lido” restoranında karantin qaydalarının pozulduğu və toy mərasiminin keçirilməsi faktı da müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsi fiziki şəxs və qonaqlar barədə karantin qaydalarının pozulması haqqında protokollar tərtib edib.
Əmək və vergi qanunvericiliyinin pozulması faktları üzrə araşdırmalar davam edir.
"Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasını təmin etmək, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə etmək onların vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edilib", - deyə Xidmət bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil