Makron yeni siyasi dalğanın nümayəndəsidir
09:43 24.07.2018
Arxiv
384
Fransa rəhbəri əvvəlki prezidentlərdən fərqli olaraq Qarabağla bağlı bəzi addımlar ata bilər
Fransa ilə hərtərəfli münasibətlərin yaxşılaşması Azərbaycan üçün faydalıdır. Çünki ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bu və ya digər formada iştirak edir. Ardıcıl olmasa da, rəsmi Paris ara-sıra münaqişə tərəflərinin görüşünü hazırlayır və üçtərəfli təmaslarda problemlə bağlı müzakirələr aparır.
Ümid edilir ki, gələcəkdə Fransa hökuməti Qarabağ probleminin həlli üçün öz səylərini daha da artıra bilər. Nəzərə alaq ki, dövlət başçısı İlham Əliyev Fransaya səfəri zamanı həmkarı Emanuel Makronla sadəcə iqtisadi məsələlərlə bağlı deyil, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də çox ciddi söhbətlər aparıb. Sözsüz ki, bu söhbətlər hər iki ölkə üçün əhəmiyyətlidir.
Nəzərə alaq ki, Azərbaycan artıq Avropada enerji təhlükəsizliyini təmin edən və dünyaya çıxışı olan bir ölkəyə çevrilib. Şübhəsiz ki, Fransa kimi bir ölkə üçün etibarlı enerji müttəfiqi qazanmaq qaçılmaz fürsətdir. Əlbəttə, Parislə sıx əlaqələr Azərbaycan üçüb də vacibdir. Dünyanın aparıcı dövlətlərindən olan, eyni zamanda beynəlxalq aləmdə böyük nüfuza malik Fransa ilə münasibətlərin yüksəlməsi çox əhəmiyyətlidir. Azərbaycan Dağlıq Qarabağ probleminin həllində Fransadan çox böyük addımlar gözləyir. Fransa Prezidenti Emanuel Makron şəxsən vurğulayıb ki, Paris münaqişənin danışıqlar yolu ilə həllinin tapılmasında səylərini davam etdirəcək.
Fransanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe ilə bağlı "Şərq”ə fikirlərini bildirən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov xatırladıb ki, Fransada ermənipərəst qüvvələr çoxdur. Professorun sözlərinə görə, həm rəsmi dairələrdə, həm ictimai-siyasi proseslərdə ermənilərin maraqlarına cavab verən addımlar atılır:
"Elə bu reallığın özü Azərbaycanı Fransa ilə daha sıx əməkdaşlıq etməyə, əlaqələr qurmağa vadar edir. Əsas məqsədimiz ermənipərəst qüvvələrin Fransadakı təsirlərini azaltmaqdır, yox etməkdir. Çalışırıq ki, rəsmi Parisin mövqeyi daha aydın şəkildə ortaya qoyulsun və Fransanın üzü Azərbaycana tərəf çevrilsin. Fransanın zamanla maraqlarımıza uyğun addım atmasının yolu ikili əlaqələrin sıxlaşdırılmasından və müəyyən müqavilələrin imzalanmasından keçir. Yaddan çıxarmayaq ki, Fransa Prezidenti Emanuel Makron yeni siyasi dalğanın nümayəndəsidir. Makron heç bir partiyanı təmsil etmir, hansısa siyasi dairəyə mənsubiyyəti, asılılığı yoxdur. Prezident tamamilə yeni qüvvənin nümayəndəsidir. Bu baxımdan Fransa rəhbəri əvvəlki prezidentlərdən fərqli olaraq bəzi addımlar ata bilər”.
F.Sadıqov hesab edir ki, E.Makronla yeni münasibətlər qurulmalı, rəsmi Parisin diqqəti Azərbaycana cəlb edilməlidir:
"Fransa Avropa İttifaqının aparıcı ölkəsidir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədridir. Prezident Makron bəyan edib ki, "Dağlıq Qarabağ münaqişəsinin həllində Paris əlindən gələni edəcək”. Bu vədin özü müsbət bəyanatdır. Çox istərdik ki, bəyanatın arxasınca müəyyən praktiki addımlar atılsın, sözdə qalmasın. Azərbaycan Prezidenti İlham Əliyev də çalışır ki, Bakı ilə Paris arasında əlaqələr ən yüksək səviyyəyə çatsın və qarşılıqlı etimad formalaşsın”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol