"Manatın taleyi ilə bağlı xəbərlər mənzil bazarında durğunluq yaradıb"

"Əhali arasında müəyyən fikirlər dolaşır ki, qarşıdakı aylarda manatın ucuzlaşması fonunda dollar bahalaşa bilər. Ona görə, əlində xarici valyuta olan təbəqə əmlak alqı-satqısına maraqlı deyil"





"Mənzil bazarında ciddi qiymət dəyişməsi hələ ki, müşahidə olunmur”.

Bunu "Sherg.az”a mənzil bazarındakı vəziyyətlə bağlı danışarkən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. 

O bildirib ki, mənzil bazarındakı ümumi vəziyyəti hələlik stabil qiymətləndirmək olar:

"Amma qarşıdakı aylarda nə baş verəcək, bunu indidən söyləmək çətindir. Çünki son dövrdən maliyyə bazarındakı vəziyyətlə bağlı müəyyən informasiyalar daxil olur. Bu isə bazara mənfi təsir göstərir, alqı-satqı əməliyyatlarını azaldır.

Əhali arasında müəyyən fikirlər dolaşır ki, qarşıdakı aylarda manatın ucuzlaşması fonunda dolların qiyməti arta bilər. Ona görə, əlində xarici valyuta olan təbəqə əmlak alqı-satqısına maraqlı deyil. Bu baxımdan indiki halda bazarda vəziyyət stabildir. Qiymət artımı və azalması müşahidə olunmur”.

Aysel Aslan