Mədəsini soyuqladığı güman edilən qız xərçəng çıxdı

Həkimlər onun həyatda qalması üçün 5 faiz ehtimal verib, ancaq ailəsi ümidlə qızlarının oyanmasını gözləyir


 12 yaşlı Tia Llewellyn, 4 həftə əvvəl məktəbdə qusmağa başlayıb, mədəsini soyuqladığı düşünülərək evə göndərilib.
"Daily Mail”in xəbərinə görə Tia, sabahısı gün də yaxşılaşmayıb və xəstəxanaya aparılıb. Qan testləri nəticəsində kiçik qıza müalicə edilə bilən bir xərçəng növü olan burkitt lenfoma diaqnozu qoyulub. Ancaq 3 gün sonra nadir görünən bir yumşaq toxu xərçəngi olan alveolar rabdomyosarkom olduğu aydın olub. Şişlər, böyrəklərinə və boynuna da yayılıb. Tianın Amerikada müalicə görməsi vacib idi. Lakin Amerikaya getməmişdən əvvəl sümük iliyi müalicəsinə başlanan kiçik qız daxiki qanama keçirdi, böyrəkləri dayandı. Diyalizə ehtiyacı olan Tiaya həkimlər müdaxilə etməyə çalışdı, ancaq qanı davamlı laxtalandığı üçün süni tənəfüs aparatına qoşulub. Həkimlər, Tianın həyatda qalması üçün 5 faiz ehtimal verib, ancaq ailəsi ümidlə qızlarının oyanmasını gözləyir.