Mədət Quliyev: Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır
07:56 01.11.2018
Arxiv
570
Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uzun müddətdir ki Dağlıq Qarabağ münaqişəsinin həlli yubanır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Komissiyanın sədri, general-polkovnik Mədət Quliyev deyib.
M.Quliyev qeyd edib ki, ötən illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir və girovluqdan azad edilsə də, Dövlət Komissiyasında olan məlumatlara görə, 871 nəfər Azərbaycan vətəndaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır.
General-polkovnik bildirib ki, daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və belə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər:
"Əlbəttə ki, Azərbaycan həm qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, dövlətimizin başçısı keçirdiyi müvafiq görüş və müzakirələrdə bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır".
M.Quliyev vurğulayıb ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir və girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan şəxslərin "hamının-hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb: "Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya