Mehriban Əliyevadan kimsəsiz gənclərə DƏSTƏK
14:19 26.12.2016
Arxiv
536
Dekabrın 26-da Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərin yerləşdirilməsi üçün 120 mənzildən ibarət daha bir binanın açılışı olub.
Mərasimdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 120 mənzillik başqa bir binanın da təməlini qoyub.
Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulan Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli layihələrdən biri yetkinlik yaşına çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsidir.
Uşaq evlərinin məzunu olan gənclər üçün Masazır qəsəbəsində salınan yaşayış massivində 2014-cü ilin dekabrında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə ilk 13 mərtəbəli, 120 mənzilli binanın açılışı olub. Geniş infrastruktur işlərinin görüldüyü ərazidə bu il daha bir bina tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.
Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, iki blokdan ibarət binadakı mənzillərin hamısı yüksək səviyyədə təmir olunub, mebel və digər inventarla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada körpələr evi, mərasim və digər tədbirlər üçün zallar yaradılıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Uşaq evlərindən məzun olan gənclərin mənzillə təmin edilməsi və onların məşğulluğunun artırılması Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələr sırasında mühüm yer tutur. Bununla da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cəmiyyətdə çoxdan bəri mövcud olan narahatlığa son qoyur. Çoxdandır həllini gözləyən uşaq evlərindən məzun olan gənclərin sonrakı taleyi ilə bağlı ictimai narahatlıq məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aradan qaldırılır. Ötən illərdə paytaxtın müxtəlif yerlərində Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən bu cür mənzillər Azərbaycan vətəndaşına, onun problemlərinin həllinə yönələn möhtəşəm layihə olmaqla yanaşı, həm də birinci xanımın sosial müdafiəyə daha çox ehtiyacı olan insanlara, xüsusilə də uşaq evlərindən çıxmış gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bu fikir yeni mənzilin sahibləri olan qızlarla görüşdə də dilə gətirildi. Qızlar Azərbaycanın birinci xanımına gördüyü işlərə, hər zaman onlara dəstək verdiyinə görə təşəkkür etdilər. Bu mənzillərin onlar üçün Yeni il ərəfəsində ən gözəl hədiyyə olduğunu dedilər.
Mehriban Əliyeva da onları yeni mənzillərə görə və qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ərazidə sayca üçüncü 120 mənzilli, 13 mərtəbəli binanın təməlini qoydu.
İnşa olunacaq binanın birinci mərtəbəsində uşaq bağçasının yerləşdirilməsi nəzərdə tutulub. Böyük sosial əhəmiyyəti olan bu layihənin icrası nəticəsində uşaq evlərini bitirən gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binada trenajor, stolüstü tennis və internet zalları fəaliyyət göstərir. Qeyd edilən xidmət sahələrində də məzunların özləri çalışır ki, bu da onların işlə təmin olunmasında mühüm rol oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial