İsmayıl
Məktəblərdə işlər görülməlidir
07:50 17.10.2018
Arxiv
576
Uşaqları dini xurafatdan uzaq tutmaq lazımdır
İsmayıl
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlamentin ötən gün keçirilən iclasında bəzi ailələrdə uşaqlara dini xurafatın aşılandığını deyib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinə "dini xurafat” anlayışının əlavə edilməsini təklif edən deputat vurğulayıb ki, uşaqlara dini xurafatın aşılanması sonradan özünü zərərli şəkildə büruzə verə bilər: "Məktəblərdə "Həyat bilgisi” dərsinin keçirilməsi müsbət haldır. Sözügedən dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır". Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva da qanun layihəsi haqqında müsbət fikirlərini bildirib. O qeyd edib ki, məktəblərdə uşaqlar maarifləndirilməli, onlara zərərli informasiyalardan qorunmağın yolları öyrədilməlidir: "Burada valideynlər də uşaqları ilə yaxından maraqlanmalıdır”.
Deputatın təklifi ilə bağlı "Şərq”ə açıqlama verən ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov da hesab edir ki, uşaqlara orta məktəbdə dini xurafat əleyhinə dolğun məlumat verilməlidir:
"Azərbaycanın tolerantlığı, din-dövlət münasibətlərində yaranan münasibətləri bəzi qüvvələr istəmir. Daim ölkəmizə dini zəmində qara əllər uzansa da, qərəzli dairələr Azərbaycandakı dövlət-din münasibətlərinə xələl gətirə bilməyiblər. Buna baxmayaraq, uşaqlarımızı dini xurafatdan uzaq tutmaq üçün orta məktəblərdə səmərəli işlər görülməlidir. Cənab Prezidentin təşəbbüsü ilə yaradılan İlahiyyat İnstitutuna daxil olmaq istəyən şagirdlərin öncədən dinlə bağlı ilkin məlumat sahibi olmaları çox müsbət olardı. Təəssüflər olsun ki, bir çox ailələrdə dini bilgilər, mənəvi dəyərlər yox dərəcəsindədir, yaxud da bilgilər xurafat və radikal formadadır. Bunların qarşısını almaq üçün təlim-tərbiyə və təhsili gücləndirmək vacib məsələdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya