"Əgər Afrində döyüşlərə qatılsalar, onlara verilən dəstək dayandırılacaq. Vaşinqton bununla həm Ankaranın Membiç əməliyyatının qarşısını almağa çalışır, həm də həmin qüvvələrin Afrinə yardımını pərdələyir
"Membiçə qoşun yeritmək ABŞ-la hərbi qarşıdurma anlamına gəlir" - Analitik
11:34 16.03.2018
Arxiv
1053
Azər Rəşidoğlu:"Membiçdə ABŞ bazası və hərbçiləri var. ABŞ ordusunun komandanlığı Membiçdəki PYD qüvvələrinə xəbərdarlıq edib ki, Afrindəki döyüşlərə qatılmasınlar"
"Əgər Afrində döyüşlərə qatılsalar, onlara verilən dəstək dayandırılacaq. Vaşinqton bununla həm Ankaranın Membiç əməliyyatının qarşısını almağa çalışır, həm də həmin qüvvələrin Afrinə yardımını pərdələyir
"Əgər Afrində döyüşlərə qatılsalar, onlara verilən dəstək dayandırılacaq. Vaşinqton bununla həm Ankaranın Membiç əməliyyatının qarşısını almağa çalışır, həm də həmin qüvvələrin Afrinə yardımını pərdələyir
"Vaşinqon bəyan edir ki, Türkiyənin Membiçdə həyata keçirmək istədiyi əməliyyat Suriyada silahlı toqquşmanı alovlandıra bilər. Membiç Birləşmiş Ştatlar üçün də strateji nöqtədir"
"Suriya məsələsi ətrafında bölgədə yeni konfiqurasiyalar qurulmaqdadır”.
Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da 3-cü Dünya Müharibəsinə dair anonsuna münasibət bildirərkən siyasi şərhçi Azər Rəşidoğlu deyib.
Onun sözlərinə görə, ABŞ-ın siyasətindən narazı qalan və bundan konkret zərər çəkən dövlətlərin bir alyansının konturları cızılmaqdadır:
"Türkiyənin coğrafi mövqeyi elədir ki, həmişə ona ehtiyac duyulub. Elə bu səbəbdən, ABŞ-ın rəqibləri Türkiyə, Çin və Hindistanla müəyyən strateji əlaqələr qura bilər. Belə birliklər Birləşmiş Ştatların maraqlarına uyğun deyil. Ən nəhayət, Türkiyə NATO ölkəsi olaraq İncirlikdə yerləşən Amerika bazasının fəaliyyətinə münasibət bildirə və onun fəaliyyətini dayandıra bilər. Bu baxımdan, Vaşinqton Ankara ilə arasında mövcud olan gərginliyi aradan qaldırmaqda maraqlıdır. Lakin burada incə bir məqam mövcuddur. Vaşinqton siyasi dairələrində uzun müddətdir ki, "Azad Kürdüstan"ın yaradılması ssenarisinin mövcudluğu barədə danışırlar. Türkiyə isə, məntiqə uyğun olaraq, bu cür təşəbbüslərə qarşı çıxır və ABŞ-dan da bu fikirdən geri dönməsini tələb etmək niyyətindədir. Ankara yalnız hərbi mövcudluğu ilə bu plana qarşı çıxa bilər. Türkiyə hazırda regionda və dünyada tarazlıq axtarışındadır. Türkiyə arzuladığı bufer zonasını yarada bildi. Daha da irəliləmək məsələsi isə bir çox regional və dünya oyunçularında qıcıq yarada bilər”.
Hazırda həm Suriyada, həm də İraqda Türkiyə Silahlı Qüvvələrinin olduğunu qeyd edən A. Rəşidoğlu vurğulayıb ki, Türkiyə hər an yeni əməliyyatın həyata keçirilməsinə başlaya bilər:
"Üstəlik, yeni əməliyyatın tamamilə fərqli məqsədləri ola bilər. Siyasi araşdırmaçılar hesab edirlər ki, Afrini terrorçulardan təmizləmək vacibdir. Lakin Ankara Afrindən sonra Membiçi, daha sonra isə Hasekəni, Qəndili hədəf seçə bilər. Lakin Membiçə qoşun yeritmək ABŞ-la hərbi qarşıdurma anlamına gəlir. Elə Vaşinqtonun da ehtiyat etdiyi məsələlərdən biri Ankaranın Afrindən sonra Membiçdə mümkün əməliyyat keçirməsi ehtimalıdır. Məsələ ondadır ki, Membiçdə ABŞ bazası və hərbçiləri var. ABŞ ordusunun komandanlığı Membiçdəki PYD qüvvələrinə xəbərdarlıq edib ki, Afrindəki döyüşlərə qatılmasınlar. Əgər Afrində döyüşlərə qatılsalar, onlara verilən dəstək dayandırılacaq. Vaşinqton bununla həm Ankaranın Membiç əməliyyatının qarşısını almağa çalışır, həm də həmin qüvvələrin Afrinə yardımını pərdələyir.
Vaşinqon bəyan edir ki, Türkiyənin Membiçdə həyata keçirmək istədiyi əməliyyat Suriyada silahlı toqquşmanı alovlandıra bilər. Membiç Birləşmiş Ştatlar üçün də strateji nöqtədir. Bu baxımdan, Ankara Membiçdə hərbi əməliyyatlara gerçəkdən başlamaq niyyətindədirsə, öncə ciddi şəkildə düşünməlidir”.
Qeyd edək ki, R.T. Ərdoğan ABŞ-ın Suriyada postlar qurmasına münasibət bildirərkən 3-cü Dünya Müharibəsi hazır olmalı olduqlarını deyib:
"Suriyada 20 post qurulub. Bunlar niyə qurulub ki? Ağıla gələn ilk şey Türkiyə və İran olur. Hər halda Rusiya deyil. Bu da onsuz da 3-cü Dünya Müharibəsi anlamına gəlir. Hər şeyə hazır olacağıq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm