Məmmədyarov İtaliya senatının sədri ilə görüşüb
14:53 18.10.2018
Arxiv
695
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, İtaliya senatının prezidenti qismində ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Maria Elisabetta Alberti Kasellati Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.
Münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər qarşılıqlı səfər və görüşlərin keçirilməsinin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bu xüsusda, tərəflər Azərbaycan və İtaliya arasında dostluq əlaqələrinin daha da inkişafında parlamentlərin fəaliyyətini yüksək qiymətləndiriblər. Həmçinin, tərəflər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya son səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər.
İtaliyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir E.Məmmədyarov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzrə aparılan köklü islahatlar barədə məlumat verərək İtaliya şirkətlərinin daha da fəal surətdə qeyri-neft sektorunda təmsil olunması üçün cəlbedici imkanların olduğunu bildirib.
Nazir E.Məmmədyarov Cənubi Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini vurğulayıb. Nazir bu layihələrin gerçəkləşməsinin iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Son illərdə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu vurğulayan tərəflər Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Həmçinin, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr təqdir olunub.
Görüşdə elm, təhsil, mədəniyyət və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm