“Mən öz işimi görürəm”
09:36 03.07.2018
Arxiv
1513
Niyam Salami: “Aşpaz olmağımın istedadımla heç bir əlaqəsi yoxdu”
Şou-biznesdə biri-birindən küsən, inciyən vaxtilə dost olub, bu gün az qala düşmən kəsilən yetərincə sənət adamı var. Bu gün "can” deyib "can” eşidənlər, ertəsi gün biri-birinin ünvanına sərt ismarıclar göndərir, tənqid azmış kimi, təhqirlərlə qalmaqallara şərait yaradırlar. Bu dəfə də şou-biznesin iki tanınmışı arasında soyuq küləklər əsir. Küləyin əsməsi yay aylarında pis deyil. Amma bu külək təhqirlərlə əvəzlənəndə heç də xoş görünmür.
Söhbət müğənni Ramal İsrafilovla Niyam Salamidən gedir. İki müğənni arasında az qala müharibə yaşanır. Nəzərə alsaq ki, vaxtilə tanınmışlar arasında dostluq münasibətləri yaşanıb, indi biri-birinin ünvanına sərt ismarıclar göndərmələri də diqqətdən qaçmır. Kim haqlıdı, onu da deyə bilmərik. Bir həqiqət var ki, onlar arasında az qala düşmənçilik başlayıb. Belə ki, müğənni Ramal İsrafilovun budəfəki ismarıcı deyəsən sərt oldu.
"Müğənnilər oxudu qurtardı. Aş da gəldi, kabab da gəldi, tort da gəldi. Bəs bu aşpaz niyə çıxıb getmədi evinə? Aşpazın sənətçilərin yanında nə işi var axı. Şəkil çəkdirmək istəyirsən?” Bu sözləri "ATV maqazin onlarla”nın "Hit-parad” rubrikasının qonağı olan müğənni-bəstəkar Ramal İsrafilov deyib. Həmkarı Niyam Salamini tənqid edən ifaçı onun haqda sərt fikirlər səsləndirib: "Bu aşpazda qəşəng yeməklər var. Həm də deyəsən bir dəfə mənə pul filan göstərmişdi. Mən o pulun ikiqatını verdim ona, gəlsin bağımda aşpaz işləsin. O cür sənətin var, nə üçün gəlib düşmüsən bu ağır yola? Heç olmasa əziyyətlə gəlmisən, haqq itirmə. Göygöz kosa kimi burdan öldürürsən, ordan çıxır.
Rəhmətlik İlhamə xanım demişkən, sən yaxşı oxuyursan, amma aşpazsan da. Biri yandırır, biri cırır. Mən də əlcəklərimi geyinmişəm. Zarafatları, söhbətləri gətirib efirə çıxarmaq olmaz. O mahnı mənim mahnımdır. Bəli, dəstək olmuşam. Mən elə insanları əylənmək üçün çox istəyirəm. Onda görə biləcəyim ancaq şıltaqlıq və zarafatdır. Başqa cür qəbul edə bilmirəm.
Ömür boyu məndən qidalanmısınız. Nə oldu, birdən-birə adam tapmadın reklam etməyə? Gəldin sənə mahnı yazan adamın arxasınca danışdın. Efirdə mədəniyyət deyilən bir şey var. Bazar adamı kimi danışmağın yeri yoxdur. Düzgün yanaşmadığına, hörmət qoymadığına görə, bir az soyuq baxıram. Aşpaz aşpazdır da. Sənətə yaxın olmaq üçün bir az mədəniyyətli olmaq lazımdır”.
Niyam Salaminin də qarşı tərəfə cavabı çox uzun çəkmədi. Niyamla əlaqə yaratdıq. Müğənni məsələyə belə aydınlıq gətirdi:
"Mən bu barədə danışmaq istəmirəm. Mənim aşpaz olmağımın istedadımla heç bir əlaqəsi yoxdu. Dünya şou-biznesinə diqqətlə baxın, tanınmış müğənnilər arasında əvvəlində müxtəlif peşə, ixtisas sahibi olanlar var ki, bu gün ulduzdular. İndi onlara deyin ki, niyə səhnədəsiz? İnsanın istedadı varsa, o özünü göstərəcək. Ramal deyir ki, mənim mahnılarımdan bəhrələnib. Əgər özünü peşəkar hesab edirsə, yəqin ki, mahnılarına da peşəkar yanaşıb.
Onda niyə mənim kimi qeyri-peşəkara mahnılarını ifa etməyə razılıq verirdi? Mənim ifamda onun bəstəsi hit olubsa, mənə necə qeyri-peşəkar deyə bilər? Heç vaxt iddia etməmişəm ki, mən sənətkaram. Amma özlərinə mənəm-mənəm deyən bir çox müğənnilərdən də güclü səs imkanım, potensialım var. Mən də canlı ifa edim, onlar da, görək kimin səs imkanları oxumaq üçün yetərlidir. Bilirsiz, əvvəllər özümdən tez çıxardım, amma artıq illər, səhnə təcrübəsi mənə öyrətdi ki, hər deyilənə reaksiya vermə. Mən işimi görürəm, ürəyimə, ruhuma yaxın mahnıları ifa edirəm, məni sevən publikam var.
Odur ki, məni bu kimi atmacalarla əzməyə gücləri yetməz. Mən həmişə ədalətli olduğum üçün başım ağrıyıb. Heç kimin haqqına girməmişəm, mənim də haqqıma girməyə heç kimə imkan vermərəm. Ramalla dostluq etmişəm. Münasibətimiz olub. Görünür, bəzi insanlar çörəyə hörmət, qiymət qoymağı bacarmır. İnsan kəsdiyi çörəyi tapdalamaz. Allah məsləhət bilsəydi, dəvəyə qanad verərdi”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol