“Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb
09:19 23.03.2019
Arxiv
701
Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən "Məndə sığar iki cahan...” adlı rəsm müsabiqəsinin müddəti mayın 1-dək uzadılıb.
Nazirlikdən bildirilib ki, Nəsimi yaradıcılığına həsr olunmuş rəsm əsərlərinin hazırlanması üçün vaxt baxımından daha geniş imkanın yaradılması barədə təkliflər nəzərə alınmaqla müsabiqə müddətinin uzadılması qərara alınıb.
Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini aprelin 19-dək ies@mlspp.gov.az ünvanına göndərə bilərlər. İştirakçıların rəsmləri qəbul olunduqdan sonra nazirliyin (sosial.gov.az) "Instagram” səhifəsində yerləşdiriləcək.
Müsabiqənin şərtinə görə qalibləri "Instagram" istifadəçiləri özləri müəyyən edirlər. İstifadəçilər ilk növbədə nazirliyin sosial.gov.az instagram səhifəsini, sonra isə seçdikləri rəsm əsərini bəyənməlidirlər. Ən çox bəyənilən 3 rəsmin müəllifi mükafatlandırılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm