Merkel: Türkiyə ilə bağlı qərar verməyəcəyik





Almaniya Baş naziri Angela Merkel, gələn həftə düzənlənəcək Avropa Birliyi (AB) zirvəsində Türkiyə ilə bağlı bir qərar verilməyəcəyini açıqlayıb. Merkel, ölkəsində keçirilən seçkidən əvvəl verdiyi açıqlamada Türkiyə ilə birliyə üzvlük müzakirələrinin dondurulması mövzusunun  bu zirvə  görüşündə müzakirə olunacağını söyləmişdi.