"Metro tunellərində qalan sərnişinlər arasında ölən olmayıb" - RƏSMİ AÇIQLAMA
07:37 04.07.2018
Arxiv
780
"Bu gün Bakı Metropoliteni qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından test rejimində fəaliyyət göstərəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BNA və "Bakı Metropoliteni” QSC-nin birgə məlumatında bildirilib ki, bunu nəzərə alaraq 04 iyul 2018-ci il tarixində də paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək. Həmçinin sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək".
Bunu "Sherg.az"a "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, hazırda test rejimi davam edir:
"Çünki elektrik enerjisinin dayanıqlığına əminlik olmalıdır. Ancaq bu halda metro fəaliyyətini davam etdirə bilər.
Ötən gün elektrik enerjisi dayandırılan vaxt tuneldə qalan sərnişinlərin təxliyə prosesi metropolitenin qaydalarına tam uyğun olub və peşəkarlıqla başa çatıb. Sərnişinlər arasında ölən olmayıb. Bir neçə stansiyada təcili tibbi yardıma müraciət edilib və yerindəcə yardım göstərilib. Stansiyalardan kənarda nə isə hadisə olubsa, bunu artıq müvafiq səlahiyyətli qurum deyə bilər”.
Bundan sonra metronun yarana biləcək fövqəladə vəziyyətlərə hazır olub-olmayacağına gəlincə, B.Məmmədov deyib ki, Metropoliten belə hallara həmişə hazırdır:
"Çünki bu təlimat qaydaları ilə yerinə yetirilir. İşçilər müşahidə etdiyiniz kimi tam peşəkarlıqla prosesi həyata keçiriblər. Fövqəladə vəziyyətlərə hazırlıqla bağlı mütəmadi nəzəri və praktiki məşğələlər aparılır, təlimlər keçirilir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat