Metroda doğulan körpəyə elə sürpriz etdilər ki...




Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə metroların birində uşaq dünyaya gəlib. Doğum sancıları qəfl başlayan ana xoşbəxtlikdən sərnişinlər arasında olan həkimin müdaxiləsi ilə uşağını sağ-salamat dünyaya gətirə bilib. Uşaq doğulandan dərhal sonra xəstəxanaya yerləşdirilən ana körpəsinə Osman (Ousmane) adını verir. Osmanın ailəsi uşaqlarının sürpriz doğumu ilə yanaşı, daha bir xəbərə seviniblər. Beləki, Osman metroda doğulduğuna görə, 25 yaşınadək metrodan ödənişsiz istifadə etmək hüququ qazanıb.