Milli Məclisdə Nursultan Nazarbayevin fəaliyyəti yüksək qiymətləndirilib
11:43 29.03.2019
Arxiv
736
Azərbaycana dost olan Qazaxıstana uzun müddət rəhbərlik edən Nursultan Nazarbayev bu günlərdə istefa verdi. N.Nazarbayev Azərbaycanın böyük dostu, türk dünyasının böyük şəxsiyyəti kimi tanınır. Onun apardığı gərgin və zəngin fəaliyyət nəticəsində dünyada Qazaxıstan kimi nüfuzlu və güclü türkdilli dövlət formalaşdı.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, Qazaxıstan təkcə postsovet məkanında deyil, regionda və dünyada da nüfuzlu dövlətə çevrilib.
N.Nazarbayevin Azərbaycanla dostluğa xüsusi önəm verdiyini qeyd edən A.Mirzəzadə söyləyib ki, Qazaxıstan lideri Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı hərtərəfli müdafiə edib: "Buna görə də Azərbaycan cəmiyyəti, xalqı Nazarbayevi Azərbaycanın böyük dostu kimi qiymətləndirir, onun Qazaxıstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində, türk dünyasının güclənməsində böyük əməyini qeyd edir”.
Deputat vurğulayıb ki, yeni Prezident Kasım-Jomart Tokayev də Azərbaycanın dostu kimi tanınır: "Biz inanırıq ki, Tokayev ilk səfərlərindən birini Azərbaycana həyata keçirəcək. Gözləyirik ki, Milli Məclisdə Qazaxıstan-Azərbaycan əlaqələri ilə bağlı çıxış da edəcək. Ona uğurlar arzulayır və əminik k, Tokayev prezidentliyi dövründə Nazarbayevin Azərbaycan, türk dünyası ilə bağlı, ümumiyyətlə, dünyada sülh və əmin-amanlığın güclənməsi istiqamətində siyasətini uğurla davam etdirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya