Milli Məclisə əlavə 10 milyondan çox vəsait ayrıldı




Gələn ilin büdcəsində Milli Məclisə əlavə vəsait ayrılıb.

Sherg.az bildirir ki, bu haqda parlaemntdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir bildirib ki, 2019-ci ilin dövlət büdcəsindən Milli Məclisin saxlanması xərclərinə əlavə olaraq 10,1 milyon manat vəsait artırılır.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulmuşdu.