Minimum əmək haqqı ARTIRILDI





Bu gün Alman hökuməti minimum saatlıq əmək haqqının artması təklini təsdiqləyib. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, gələn ilin əvvəlindən etibarən minumum saatlıq əmək haqqı 35 sent artırılaraq 9.19 avroya çatdırılacaq. 2020-ci ildən sonra isə bu rəqəm 9.35 avroya qədər yüksələcək. 

Qeyd edək ki, hökumətin ümid etdiyi kimi istehlakı dəstəkləyəcək bu artım iyun ayında ekspert komissiyası tərəfindən təklif olunub.

Bundan başqa məlumat üçün bildirək ki, kansler Angela Merkel hökuməti, 2015-ci ildə üç milyondan çox işçi üçün 8.50 avroluq  milli minimum saatlıq əmək haqqı təqdim edib. Daha sonra 2017-ci ildə bu rəqəm 8.84 avroya qədər qalxıb. 

Tərcümə etdi: Ayyət Əhməd