MÖCÜZƏ: 245 qram çəki ilə doğulan körpə sağ qaldı, anası gözlərinə inanmadı - Fotolar

23 həftəliyində 245 qram çəki ilə doğulan körpə 5 ay xəstəxanada saxlandıqdan sonra sağ-salamat evə buraxılıb.
"Sherg.az” "sciencesetavenir.fr”ə istindən xəbər verir ki, 2018-ci ilin dekabrında Kaliforniyada doğulan bu körpə uşağa Saybi adı verilib. "Sharp Mary Birch de San Diego” hospitalında anadan olan qızcığazın anası hamilə olarkən ölüm təhlükəsi ilə üzləşir və uşağı əməliyyat nəticəsində dünyaya gətririr. 
Həkimlər də bu uşağın yaşayacağına çox az ümid bəsləyiblər. Lakin sonradan möcüzə nəticəsində uşaq sağ qalır.
Körpənin anası qeyd edib ki, həmin gün onun üçün çox qorxulu bir gün olub:
Hazırda özümü yaxşı hiss edirəm. Hamiləliyimin ilk həftələri özümü normal hiss edirdim. Sonra ağrılarım başladı. Həkimlər "Preeclampsia "dan əziyyət çəkdiyimi söylədilər. Qan təzyiqim çox yüksək idi. 
Həkimlər bunun ölümlə nəticələnə biləciyini bildirdilər. Ona görə də, təcili şəkildə məni əməliyyata alıb, uşağı gün işığına çıxardılar. Uşaq sağ qalacağını düşünmürdüm. Çünki, o cəmi 23 həftəlik idi. Halbuki normalda uşaq 40 həftəliyində dünyaya göz açır. Amma sonra onu gördükdə gözlərimə inanmadım.
Tərcümə etdi: Ayyət Əhməd