
"...Molla uşaqlara peyğəmbərin cənnətdə olduğundan danışıb" - Məktəbli özünü asdı
14:25 04.12.2017
Arxiv
2242
Lalə Mehralı "Bütün hallarda bu yaşda uşaq məktəb əvəzinə din öyrənməyə getməməlidir. Dini bilik öyrənmənin yaşı və zamanı var"
"Fikrimcə, molla ölümü, xüsusən də intiharı aşılamır uşaqlarda. Axı bütün din xadimləri deyir ki, həm İslamda, həm da digər dinlərdə intihar etmək günahdır".
Bu barədə "Sherg.az"a molla yanına gedən şagirdin "Peyğəmbərin yanına gedirəm" deyib intihar etməsindən danışarkən sosioloq Lalə Mehralı bildirib.
Onun sözlərinə görə, htta iddia edilir ki, intihar edənin bütün yaxşı əməlləri silinir, cənnətdən uzaqlaşdırılır:
"Yəni din adamları belə deyir. Əgər onlar Peyğəmbərin cənnətdə olduğunu və intiharın günah olduğunu deyirlərsə, onda uşaqlara inttiharın günahlarını və nəticələrini də öyrədirlər. Həmin uşağın dərs aldığı molla nə qədər dini biliyə sahibdir, hansı dərəcədə ruhi bilik aşılayır, onu bilmirəm.

Əgər bu molla din adamı deyil, fırıldaqçı, əməlbaz biridirsə o zaman şübhə yeri qalır. Amma mən yazıb qoyduğu məktubdan belə anladım ki, molla uşaqlara peyğəmbərin cənnətdə olduğundan danışıb və ordakı həyatı təsvir edib. Ola bilsin o nağılvari həyat uşağa cəzbedici gəlib və uşaq ağlı ilə ora getmək istəyib. Hər bir halda araşdırmaq lazımdır.
Amma bir məqam da diqqətimi çəkdi ki, qurban olaraq Tanrıya təklif edilmiş İsmayıla qarşı uşaqda rəğbət olub. Bu da müəmmalı tərəfidir hadisənin. Niyə məhz İsmayıl? Əli, Hüseyn, Məhəmməd də yaza bilərdi, amma qurban deyilmiş İsmayıl yazıb. Bu da şübhəlidir. Bütün hallarda bu yaşda uşaq məktəb əvəzinə din öyrənməyə getməməlidir. Dini bilik öyrənmənin yaşı və zamanı var. Nəzər alsaq ki bizim din xadimləri ruhi bilik yerinə qorxu, cahillik aşılayırlar, onda onların uşaqlara öyrədəcəyi faydalı nəysə olmaz"
Qeyd edək ki, Ağdaş rayonunda özünü asan 12 yaşlı məktəblinin yazdığı məktub tapılıb. Xəbərə görə, rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.
Bir neçə aydır ki, dərsdən sonra "Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb. Məktubda bunlar qeyd edilib: "Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”. İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə