Moskvadan Bakıya gələn mikroavtobus aşdı: 3 yaralı


Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda Moskvadan Bakıya hərəkət edən «Mercedes-Bens Sprinter» markalı mikroavtobusu qəzaya uğrayıb.

Lent.az -ın yerli MOE-ONLINE portalına istinadən məlumatına görə, mikroavtobusun sürücüsü idarəetməni itirdiyindən maşın yoldan çıxaraq aşıb. Nəticədə sürücü və iki sərnişin ağır yaralanıb.

Onlar Bobrovsk rayon xəstəxanasına yerləşdiriliblər.