Müəllimlərə verilən suallar çətin olmur
08:36 25.07.2018
Arxiv
1811
Əsas narazılığım kurikulum suallarının tərtibatı ilə bağlıdır
Təhsil Nazirliyinin bu il müəllimlərin işə qəbulu ilə əlaqədar keçirdiyi imtahan prosesi ilə bağlı narazılıqlar yaranıb. İmtahan verən şəxslər daha çox sualların çətinliyindən və səhv sualların olmasından narazılıq edir.
Təhsil Nazirliyi isə bildirib ki, mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində test tapşırıqları müvafiq fənlər üzrə ekspertlər tərəfindən hazırlanıb və dəfələrlə yoxlanılıb. Onların tərtibində hər hansı nöqsan aşkar edilməyib.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə "Şərq”ə açıqlamasında deyib ki, nə müəllimlərin diaqnostik qiymətləndirilməsi, nə də işə qəbul imtahanlarında çətin suallar düşür. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin abitruyentlər üçün tərtib etdiyi suallarla müqayisədə MİQ sualları qat-qat asan olur:
"Düzünü desəm, bu il MİQ imtahanlarına düşən suallarla yaxından tanış olmadığım üçün konkret bir söz deyə bilmərəm. Ola bilsin ki, nazirlik bu il nisbətən çətin suallar salıb, amma əvvəlki illərin imtahan sualları o qədər də qəliz deyildi”.
N.Qulamoğlunun sözlərinə görə, MİQ imtahanına düşən suallar çətin olsa belə imtahanda iştirak edən müəllimlərin bunu bu qədər qabartması və problem kimi qeyd etməsi xoşagələn deyil. Adı üstündə bu imtahanlar müəllimlər üçün təşkil olunur və sualların çətin olması da normaldır:
"MİQ imtahanları ilə bağlı əsas narazılığım kurikulum suallarının tərtibatı ilə bağlıdır. Çox təəssüflər ki, bu sual bir beynin məhsuludur. Bu cür imtahanlarda kollektiv şəkildə oturub konseptual qərar qəbul etmək lazımdır. Ya kurikulum mərkəzinin, ya da nazirliyin əməkdaşları ağıllarına gələn testləri tərtib edirlər. Müəllimlər də bu cür sualları cavablandırmaqda çətinlik çəkir. Müəllimlər kurikumla bağlı yox, məntiqlə bağlı olan suallara cavab verməlidir. Sizi inandırım ki, bu sualları tərtib edən adamların kurikulumun medotik tərifindən xəbəri yoxdur”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm