
“Müharibə riski...” – Aktual
12:38 11.04.2019
Arxiv
746
"Dağlıq Qarabağla bağlı danışıqlar nəticə vermədikcə müharibə riski hər zaman yüksək olacaq”.
Bu sözləri "Sherg.az”a Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq vurğulayıb ki, torpaqları işğal altında olan istənilən ölkənin ordusu hər zaman müharibəyə hazır olmalıdır:

"Düşmən tərəf fikirləşməlidir ki, müharibədən çəkinirsə, işğala da son qoymalıdır. Çox təəssüf ki, ermənilər işağlı davam etdirirlər. Gah müharibədən, gah da sülhdən danışırlar. Amma başa düşmürlər ki, Azərbaycan xalqı və ordusu heç vaxt işğalla barışmayacaq.
Hər il yeni hərbi texnikalar alırıq, ordumuzu daim gücləndiririk. Bunların hamısı ordumuzun müharibəyə hazırlıqlı olduğunu göstərir. Müəyyən razılıq əldə edilmədikdə isə müharibənin baş verməsi qaçılmazdır. Müharibə başlayanda ən böyük yük məhz ordunun üzərinə düşür. Ona görə də, milli ordumuzun hərtəfəli şəkildə hazırlıqlı olması əsas məqsədlərimizdən biridir”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun sülhə yox, müharibəyə hazır olduğunu bildirib. Polkovnikin sözlərinə görə, Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə