"Münaqişənin həllinə dair proses pik nöqtədədir, məsələ həllini tapmalıdır"
16:19 18.10.2018
Arxiv
782
Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O qeyd edib ki, səfər zamanı onlar ölkələrin mövqeyini dəqiqləşdirmək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin fəallaşması üçün hansı konkret addımların atılacağını müzakirə etmək niyyətindədir.
Rusiya rəsmisinin açıqlamasını dəyərləndirən millət vəkili Rauf Əliyev "Sherg.az”a söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir çox sual doğuran məsələlər ortaya çıxıb:
"Əvvəllər, Dağlıq Qarabağ dünyada tanınmayıb. Amma Ulu öndərimiz Heydər Əliyevin və cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsin dünya ölkələri həm Dağlıq Qarabağı, həm də Ermənistanın işğalçı dövlət olduğunu tanıyıb. Bu istiqamətdə BMT dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə də bildirilir ki, işğalçı ölkə Azərbaycanın torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. Qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar.
Dağlıq Qarbağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qurpu yaradılıb. 25 ildir, həmin qurum məsələnin həlli istiqasmətində müəyyən işlər aparır. Əvvələr həmsədr ölkələrin mövqeyləri uyğun gəlmədiyindən ortaya konkret nəticə çıxmırdı. Amma indi münaqişənin nizamlanması prosesinin fəallaşması üçün konkret addımları müzakirə edəcəklər. Bununla da çox güman ki, əsaslı qərarlar qəbul olunacaq”.
ABŞ-ın Ermənistandakı səfirinin müsahibəsini oxuduğunu söyləyən R.Əliyevin sözlərinə görə, səfir bildirib ki, Dağlıq Qarabağ məsələnin həlli Ermənistana maraqlı deyil:
"Onlar bu haqda heç müzakirələr də aparmırlar. Həm M.Zaxarovanın, həm ABŞ səfirinin çıxışından, həm də həmsədr dövlətlərin mövqeyindən belə çıxır ki, artıq Dağlıq Qarabağ münaqişəsi pik nöqtəsinə çatıb. Yəni məsələ öz həllini tapmalıdır. Ümid edək ki, həmsədr dövlətlər danışıqlarda sərt qərar versin. Azərbaycanın torpaqları geri qatarılsın, məcburi köçkünlərimiz öz yurdlarına dönsün və ölkəmizin ərazi bötüvlüyü təmin olunsun”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm