"Müstəqilliyin qorunub saxlanması ən böyük qələbəmizdir" - Deputat

"Müstəqilliyi qazanmaq asandır, onu qoruyub saxlamaq isə çətin məsələdir”.
Bunu "Sherg.az”a 18 oktyabr, Azərbaycanın müstəqillik günü ilə bağlı danışarkən millət vəkili Rüfət Quliyev bildirib.
Ekspertin qənaətincə, 18 oktyabr azərbaycanlılar üçün xüsusi əhəmiyyətə malik olan təqvimdir:
"Həm ölkə daxilindəki 10 milyondan çox insan üçün, həm də xarci dövlətlərdə yaşayan 40 milyondan artıq, yəni, ümumilikdə 50 milyondan çox azərbaycanlı üçün 18 oktyabr bayram günüdür.  Azərbaycan müstəqilliyini bu günə qədər qoruyub saxlayır. Buna Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyevin uğurlu daxili və xarici siaysəti nəticəsindsə nail ola bildik.
Bu mənada hesab edirəm ki, müstəqilliyin qorunub saxlanması ən böyük qələbəmizdir.20 il bundan əvvəl Azərbaycan dünyada tam şəkildə tanınmırdı. Amma indi nəinki regionda hətta bütün Avrasiyada ən tanınmış dövlətlərdən biridir. Artıq bütün dünyada Azərbaycan öz iqtisadiyyatına, siyasi və hərbi gücünə görə tanınır. Ölkəmizin ilbəil nüfuz və qüdrətinin artması daxili və xarici siyasətimizin doğruluğunu göstərir. Müstəqilliyimizin daimi olmasını arzulayıram".
Qeyd edək ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bununla da 18 oktyabr Azərbaycanın müstəqillik günü kimi qeyd edilir.
Kənan Eynuroğlu