"Deməli, nəzarət yoxdur və sürücüləri yoxlamadan işə götürürlər. Qanunlara riayət olmadığı yerlərdə isə belə problemlər mütləq yaranır. Sürücülər işə qəbul edildikdə tibbi müayinələrdən mütləq keçməli, hər gün işə başlamadan əvvəl yoxlanmalıdır. Onun tibbi durumu imkan vermirsə, narkotik, içki qəbul edibsə, o şəxs xəttə buraxıla bilməz.
"Narkotik qəbul edən sürücü xəttə buraxıla bilməz" - Nəzarət yoxdur
12:51 25.07.2018
Arxiv
792
"Daşıyıcı şirkətlər marşrut avtobuslarının idarə olunması, sürülərin işə qəbulu, avtobusların müntəzəm yenilənməsi məsələlərində qanunun tələblərinə riayət etməlidirlər”.
Bunu "Sherg.az”a 202 saylı marşrut avtobusu sürücüsünün sükan arxasında narkotik qəbul etməsindən danışarkən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
O vurğulayıb ki, marşrut xəttinə nəzarət edən şəxslər sürücülük hüququ olmayan şəxsin sükan arxasında əyləşməsinə imkan verməməlidir:
"Deməli, nəzarət yoxdur və sürücüləri yoxlamadan işə götürürlər. Qanunlara riayət olmadığı yerlərdə isə belə problemlər mütləq yaranır. Sürücülər işə qəbul edildikdə tibbi müayinələrdən mütləq keçməli, hər gün işə başlamadan əvvəl yoxlanmalıdır. Onun tibbi durumu imkan vermirsə, narkotik, içki qəbul edibsə, o şəxs xəttə buraxıla bilməz.Yol nəqliyyat hadisələri baş verdikdə, sürücülərin bu cür qanunsuzluqlarına göz yuman daşıyıcı şirkətlər, aidiyyəti şəxslərin məsuliyyətsizliyi mütləq cəzalandırılmalıdır. Konkret araşdırma aparılmalı, sürücünün qanunsuz əməllərinə göz yuman şəxslər müvafiq cəzalar almalı, işindən uzaqlaşdırılmalıdır. 202 saylı marşrut avtobusunda baş verən hadisəyə, sürücünün özbaşınalığına göz yuman kolon rəisi barəsində də 15 gün inzibati həbs qərarı verilib. Bu cür ciddi cəzalandırma tədbirlərinin görülməsi vacibdir ki, belə xoşagəlməz hallar yenidən təkrarlanmasın”.
Qeyd edək ki, iyulun 23-də Bakıda sükan arxasında narkotik maddə qəbul edən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu adlı avtobus sürücüsü həbs edilib. Məlum olub ki, 202 saylı marşrut xəttinin sürücüsü 09.04.2018-ci ildən etibarən sürücülük hüququndan məhrum edilib və bilərəkdən vəsiqəsini təhvil verməyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm