Nazirlik 1 200-dən çox obyektdə yoxlama aparıb
12:30 27.07.2021
Arxiv
458
Tədbirin keçirildiyi zalın girişində mərasimdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya immunitet sertifikatına malik olması barədə təsdiqedici sənədlərin olması vəziyyəti yoxlanılır.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, monitorinq qrupları vətəndaşlara narahatlıq yaratmamaq üçün toyun keçirildiyi məkana mümkün qədər daxil olmamağa çalışırlar.
Lakin, qoyulan tələblər kobud şəkildə pozularsa, qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilir. Bu günədək 1 200-dən çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.
Monitorinq aparılan mərasimlərdə iştirak edən 145 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, onlardan 16 min nəfərində bu və ya digər nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 680 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.
İyulun 26-da keçirilən növbəti monitorinqlər zamanı şənlik məclisləri barədə məlumatın müvafiq portalda tədbirə beş gün qalmış qeydiyyata alınmaması, toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun, COVID-19-dan sağalaraq immunitetə malik olması haqqında, avqustun birinə tam vaksinasiya tələbi qoyulduğu halda, hələ də birinci dozanın vurulması haqqında vaksinasiya sertifikatının olmaması, toyların bir neçə zala bölünərək təşkil edilməsi yolu ilə dəvət olunanların sayının artırılması, zallardakı stolların sıx düzülüşü və s. aiddir.
Monitorinq qrupları tərəfindən toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları qaydalara uyğun toy təşkil olunan yeni ailə quranlara hədiyyələr təqdim ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya