"...neftin qiyməti 100 dolları keçə bilər” - Nikbin proqnoz
12:06 25.07.2018
Arxiv
666
"Hazırda neftin qiymətlərindəki dəyişikliyin faydası var ki, ziyanı yoxdur”
Bu sözləri "Sherg.az”a son vaxtlar neftin qiymətlərində baş verən dəyişikliyə münasibət bildirərkən iqtisadçı-ekspert Elçin Bayramlı söyləyib.
Ekspertin qənaətincə, neftin bahalaşmasına təsir edən əsas faktor bəzi Qərb dövlətlərinin və ABŞ-ın İrana qarşı sanksiyalarıdır:
"Hindistanın İrandan neft istehlakını dayandırması xəbəri qiymətlərə kəskin təsir göstərir. Bunlardan qabaq isə OPEK-in və bu quruma üzv olmayan bəzi ölkələrin neft hasilatını azaltması ilə bağlı tədbirlər neftin qiymətinin qalxmasına stimul yaratdı. Hesab edirəm ki, neft hələ uzun müddət ucuzlaşmayacaq 70-80 dollar arasında stabilləşəcək.
Bu vəziyyət də Azərbaycan iqtisadiyyatının xeyrinədir. Dünyada hər il milyonlarla yeni avtomobil, minlərlə neft və neft məhsulları istehlak edən müəssisə dövriyyəyə daxil olur ki, bu da qara qızıla tələbatı artırır. Ümumiyyətlə, neftin qiymətinin kəskin ucuzlaşması qlobal birjaları təsir altında saxlayan Amerikanın süni şəkildə yaratdığı hal idi və uzun müddət davam edə bilməzdi.
Neftin ədalətli qiyməti 70 dollardır. Hesab edirəm ki, ən azı yaxın illərdə qiymət bu civarda dəyişəcək. Lakin İranla bağlı ciddi problemlər yaransa, neftin qiymət 100 dolları keçə də bilər”.
Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,10 dollar və yaxud 1,48% artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 75,22 dollar/barelə bərabər olub.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm