Nikbin PROQNOZ: "Neft bahalaşacaq"

"Gələn ay neftin qiyməti yenidən bahalaşacaq”.
Bunu "Sheg.az”a Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bildirib.
Onun sözlərinə görə, "qara qızıl”ın dəyərinin ucuzlaşacağı ilə bağlı proqnozlar absurddur:
"Hesab edirəm ki, dekabr ayının 6-da OPEK-in Vyana konfransından sonra neftin qiymətləri yüksəlməyə doğru gedəcək. Çünki hazırda neftin qiyməti 60 dollar ətrafındadır. Bazar iştirakçılarında məşğulluq əhval- ruhiyyəsi hökm sürür. 
Onlar da ilin sonunda və yeni ilin əvvəlində bazarda neft bolluğu ilə bağlı OPEK-in və digər enerji agentliklərinin hesabatları yoxdur. Buna görə də, iştirakçılar həmin situasiyada hansı addımı atacağını bilmir. 
Onlar əllərində olan nefti bu günün qiymətləri ilə satırlar. Çünki səhəri gün neftin qiymətinin enəcəyni düşünürlər.Amma istənilən halda OPEK-in Vyana konfransı bu kimi məsələlərə aydınlıq gətirəcək. Və bazar iştirakçıları daha çox informasiyaya malik olacaq. Ondan sonra bazara aydın siqnallar veriləcək. Bu kimi proseslər də neftin qiymətini yenidən 65 dollar həddinə qaldıracaq”.
Kənan Eynuroğlu