"Novruz bayramında əfv olmayacaq" - AÇIQLAMA

Novella Cəfəroğlu: "...amma ilin axırına qədər mütləq əfv olacaq "



"2018-ci ilin əvvəlindən əfv fərmanının mütləq olacağını qeyd etmişik”.

Bu barədə "Sherg.az”a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. 

O vurğulayıb ki, əfvlə bağlı fərmanın hansı əlamətdar tarixdə  veriləcəyi dəqiq deyil:

"Ola bilər, buna dair fərman may ayında, Cümhuriyyətin 100 illiyində  imzalansın. Amma həmin dövrdə alınmazsa, ilin axırına qədər mütləq əfv olacaq. İstəyərdik ki, Novruz bayramında bu reallaşsın. Amma hələlik qurumun işləri çox olduğuna görə, Novruz bayramında əfv olmayacaq. Yəqin ki, bu, 28 mayda – Cümhuriyyətin 100 illiyi ərəfəsində reallaşdırılacaq”.

Aysel Aslan