Noyabrın 1-dən qazın qiyməti 5,4 faiz BAHALAŞACAQ




 
"Bu ilin noyabrın 1-dən dünya bazarında qazın qiymətləri 5,4 faiz bahalaşacaq". 

"Sherg.az" "Le Figaro.fr"ə istinadən xəbər verir ki, bu artım 2018-ci ilin yanvarından etibarən baş verən 3-cü ən böyük bahalaşmadır. 

Yanvar ayında qazın qiymətində 6,9 faiz, iyul ayında 7,4 nisbətində yüksəlmə olub. 

Noyabr aytında olacaq 5,4 faizlik bahalaşmanı nəzərə alsaq, 2018-ci ildə bu qiymət artımı 20 faizə yaxınlaşacaq. 

Bu bahalaşmanın səbəbi isə havaların soyuması nəticəsində qaza olan tələbatın artması və dünyakı geopolitik proseslərlə izah olunur. 


Tərcümə etdi: Ayyət Əhməd