Ölən ərinin maketiylə dünya turuna çıxdı - FOTOLAR

Avstraliyalı Michelle Bourkenin 30 il evli olduğu həyat yoldaşı üç il əvvəl ölüb. Qadın dünya turuna çıxmaq xəyallarının yarımçıq qalmasını istəməyib. O, ərinin eyni ölçülərdə kartondan maketini düzəltdirərək dünyanı onunla gəzməyə başlayıb.
Sherg.az xarici media istinadən xəbər verir ki, ani ölümlə sarsılan Michelle, yarımçıq qalan xəyallarını reallaşdırmaq üçün özündə güc toplayıb. O, həyat yoldaşının toy günündən qalan şəkilindən də istifadə edib. Michelle Bourke ərinin maketini qatlayaraq bir çantada gəzdirir. Bəzi səfərlərində artıq bilet alaraq yanına oturtduğu maketlə yol selfieləri çəkir. Michelle Bourke maketlə gerçəkləşdirdiyi səfərlərini kitab halına gətirib.
Turan